Çingiz Abdullayev qurultaydakı qalmaqaldan DANIŞDI: “Jurnalist dedi ki...”

“İnsanlar necə inana bilərlər ki, səbəb olmadan jurnalistlə kobud danışa bilərəm?”.
Sfera.az bildirir ki, bunu Xalq yazıçısı Çingiz Abdullayev bir neçə gündür davam edən AYB qalmaqalı ilə bağlı fikirlərini bölüşərkən deyib. Yazar iddia edib ki, jurnalistin verdiyi sual təxribat məqsədi daşıyıb:
“Jurnalist dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?”.
Xatırladaq ki, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?" deməsi böyük qalmaqala səbəb olub.
Türkan