Avropada benzin və dizel avtomobillərinə QADAĞA – Tarix AÇIQLANDI

Avropada benzin və dizel avtomobillərinə QADAĞA – Tarix AÇIQLANDI

Avropa İttifaqı (Aİ) qurumları 2035-ci ildən etibarən yeni benzin və dizel mühərrikli avtomobillərin satışını qadağan etmək barədə razılığa gəliblər.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, Aİ Şurası və Avropa Parlamenti üzv ölkələr arasında nəqliyyat vasitələri üçün yeni karbon emissiya standartlarını razılaşdırıblar.

 

Razılaşmaya görə 2035-ci ildən etibarən AB-yə üzv dövlətlərdə satılacaq bütün yeni avtomobillər və yüngül ticari avtomobillər sıfır emissiyalı olmalıdır. Avtomobil istehsalçıları 2035-ci ilə qədər karbon emissiyalarını 100 faiz azaldacaqlar.

 

Qeyd olunan tarixdən etibarən benzin və dizel də daxil olmaqla, daxili yanma mühərrikli yeni avtomobillər Aİ ölkələrində satıla bilməyəcək. 2030-cu ilə qədər emissiyanın azaldılması hədəfi minik avtomobilləri üçün 55 faiz, pikap yük maşınları üçün isə 50 faiz olacaq.

 

Aİ 2050-ci ilə qədər bütün sektorları və nəqliyyat vasitələrini sıfır emissiya etməyi hədəfləyir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...