Bakıdakı tıxac problemi ilə bağlı DAHA BİR TƏKLİF: “Gəncəyə köçürülsünlər”

Bakıdakı tıxac problemi ilə bağlı DAHA BİR TƏKLİF: “Gəncəyə köçürülsünlər”

Paytaxtda müşahidə edilən tıxac artıq ciddi problemə çevrilib. Pproblemin həlli ilə bağlı müxtəlif təkliflər səsləndirilib.

 

İqtisadçı ekspert Eldəniz Əmirov isə  Sfera.az-a açıqlamasında Bakıda tıxacın iqtisadi təsirlərindən söz açıb. O qeyd edib ki, ölkəmizdə Bakıdan sonra cəmi iki böyük şəhər hesab edilən Sumqayıt və Gəncə var  və onların da toplam əhali sayı 700 minə belə çatmır:

 

“Hələ üstəlik Sumqayıt əhalisi də Bakıya axışır - kimi iş üçün, kimi təhsil üçün.  Sumqayıt kimi sənaye şəhərinin əhalisi Bakıya axışırsa, onda Lənkərandan, Şəkidən, Qubadan Bakıya axışan insanlara nə demək olar? Bunun bəsit adı urbanizasiyadır. Bütün ölkələrdə inkişaf artıqca urbanizasiya vüsət alır. Amma urbanizasiya təkcə bir şəhərin şişməsi, insanların bir şəhərə toplanması deyil, urbanizasiya həm də belə şəhərlərin sayının artması prosesidir. Biz isə urbanizasiyanı yalnız paytaxtda hiss edirik. Bu isə ölkə iqtisadiyyatı üçün ciddi fəsadlar yaradır. Tıxac bu fəsadların gözlə görünən ən sadə nümunələrindəndir. Çıxış yolu isə regionları inkişafıdır. Uğurlu olanda bu prosesin özü böyük şəhərlər yaradır. Bu, uzun proses olsa da, amma problemin ən real həllidir”.

 

Müsahibimiz qeyd edib ki, mütləq kənd təsərrüfatı məhsulları üzrə emalı sahəsində ciddi vergi güzəştlərinə başlanılmalıdır:

 

“Həmçinin əksər ali məktəblər fərqli regionlara köçürülməlidir. Bakıda kirayə qalan tələbələr kirayə haqlarını, gündəlik xərclərini rayonlarda xərcləyəcək. Kirayə bazarı canlanacaq. Müəllim heyəti rayonlarda yaşayacaq, pullar orda xərclənəcək, iqtisadi aktivlik formalaşacaq. Yardımçı sahələr rayon əhalisinə məşğulluq imkanı yaradacaq. İnsanlar ailəsini, uşağını götürüb çörək dalınca Bakıya qaçmayacaq. Aktivlik artıqca orta məktəblərdə belə canlanmalar artacaq. Müəllimlərin, həkimlərin rayonlarda işləmək istəyi formalaşacaq. Bu da zəngirvari rayon iqtisadiyyatına geridönüş edəcək. Hansı qurumların ki, işi birbaşa regionlarla bağlıdır, onlar Gəncə şəhərinə köçürülməlidir. Qurumlararası komunikasiyalar onsuz da elektron formatdadır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...