Taksi xidmətində keyfiyyətin aşağı olmasının səbəbləri MÜZAKİRƏ EDİLDİ 

Taksi xidmətində keyfiyyətin aşağı olmasının səbəbləri MÜZAKİRƏ EDİLDİ 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə nəqliyyat sahəsinə dair məsələlərin müzakirəsi ilə bağlı görüş keçirilib. 


Sfera.az  xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. 

 

Bildirilib ki, tədbirdə nazirlik yanında İctimai Şuranın üzvləri, nəqliyyat sahəsi üzrə ekspertlər və mütəxəssislər iştirak ediblər. 
 

Görüşün keçirilməsində məqsəd nəqliyyat sahəsində mövcud vəziyyət, problemlər və perspektivlər barədə müzakirələrin aparılması və təkliflərin dinlənilməsi olub. Müzakirə zamanı nəqliyyat sektorunda aparılan islahatlar, ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi, yerli daşıyıcıların beynəlxalq daşımalar bazarına çıxışının genişləndirilməsi, həmçinin bu sahədə rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. 


Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov beynəlxalq daşımalar sahəsində peşəkar sürücülərin hazırlanmasına da önəm verildiyini, bu məqsədlə sürücülərin təlimlərə cəlb edildiyini diqqətə çatdırıb. 
Taksi xidməti sahəsində mövcud vəziyyətlə bağlı Rəhman Hümmətov bildirib ki, bu sahədə əsas problem tənzimləmənin zəif olmasıdır. Bu da haqsız rəqabətə və xidmət keyfiyyətinin aşağı olmasına imkan yaradır. 

 

Görüşdə vurğulanıb ki, nəqliyyat sahəsinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin tətbiqi üzrə işlər aparılır.  
 

Tədbir zamanı həmçinin alternativ nəqliyyat vasitələrinin inkişaf etdirilməsi və avtobus zolaqlarının təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra ekspert və mütəxəssislərin sualları cavablandırılıb, onların təklifləri dinlənilib. 

 


OXŞAR XƏBƏRLƏR