DTX rəisi Moskvada səfərdədir

DTX rəisi Moskvada səfərdədir

Oktyabrın 26-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 51-ci iclası keçirilib.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər.

 

İclasda MDB dövlətlərinin təhlükəsizliyinə mümkün təhdidlər, bəzi terror təşkilatlarının yenidən fəallaşmasının region ölkələrində hökm sürən sabitliyə təsirləri, həmçinin informasiya təhlükəsizliyi, kibercinayətkarlıq, beynəlxalq terrorçuluq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, silah qaçaqmalçılığı, eləcə də destruktiv qüvvələrin MDB ölkələrinə nüfuzetmə cəhdləri və kəşfiyyat-pozuculuq fəaliyyəti, bölgədə olan müharibə və münaqişə ocaqlarının daim aktiv fazada saxlanılmasına və regionun bəzi ərazilərində silahlı insidentlərin davamlı xarakter almasına, xarici qeyri-hökumət qeyri-kommersiya və beynəlxalq təşkilatların “yumşaq güc” vasitələrindən istifadə etməklə MDB məkanında ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdən əməllərinə qarşı birgə mübarizə barədə geniş fikir mübadiləsi aparılmış, qarşılıqlı əməkdaşlıq münasibətləri üzrə müvafiq sənədlər imzalanıb.

 

İclas çərçivəsində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin tədbir iştirakçıları ilə videoformatda keçirilmiş görüşündə Rusiya dövlət başçısı çıxış edərək dünyada geosiyasi gərginliklərin gündən-günə artdığını, bu vəziyyətin Birlik ölkələrinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini vurğulayıb, regional təhlükəsizliyi ciddi risk altına alan hallara effektiv və operativ reaksiya göstərilməsi üçün xüsusi xidmət orqanlarının işgüzar təmaslarının daha sıx təşkil olunmasının vacibliyinə toxunaraq, bu orqanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...