“Kimlərinsə göstərişi ilə Xalq yazıçısının üstünə cummasınlar” – Çingiz Abdullayevin qardaşı qızı

“Kimlərinsə göstərişi ilə Xalq yazıçısının üstünə cummasınlar” – Çingiz Abdullayevin qardaşı qızı

“Bizə başqa düşmən lazım deyil. Bir insan Azərbaycanı dünyaya tanıtsın, onun üstünə provokasiyalar dayanmadan tökülür”.

 

Sfera.az bildirir ki, bunu Xalq yazıçısı Çingiz Abdullayevin qardaşı qızı, şairə, prodüser Zəhra Bədəlbəyli AYB qalmaqalına münasibət bildirərkən deyib. Onun fikrincə, kitab oxumayan, ümumiyyətlə, öz dilində də yazıb danışa bilməyən kifayət qədər insan indi jurnalistikaya gəlib:

 

“Bir insanı hirsləndirib onun sözünə digər  sətiraltı məna veririk. Qılınca çevrilib bir saniyədə onun böyüklüyünə kölgə salmağa hazırıq.  Bunu edənlərin əksəriyyəti də nə mütaliə etməyə, nə həqiqətən öz ölkəsi üçün mühüm addım atmağa hazır deyil. Amma bunu edən birisini tapdalamağa hazırdır.  Ona görə də rahatlıqla onları söyüb, onlara çox pis sözlər yazmaqla özümüzü güclü sayırıq. Məmurlardan belə söz soruşa bilmərik axı. Amma bu sualı həssas, emosional, dünyaca tanınan yazıçıya çox rahat verə bilərik”.

 

Z.Bədəlbəyli jurnalistlərə tövsiyə də verib:

 

“Jurnalist öz xalqına həqiqətən dəstək olmaq istəyirsə, korrupsiya ilə mübarizə üçün bir assosiasiya yaratsın, bütün belə jurnalistləri bir araya gətirib media araşdırmaları aparsınlar. Yox, bunu edə bilmirsə, kimlərinsə göstərişi ilə Xalq yazıçısının üstünə cummasınlar”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR