Logo

ANS-in həbsdə olan məşhur aparıcısı azadlıqda - FOTO

ANS-in həbsdə olan məşhur aparıcısı azadlıqda - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
əbsdə olan jurnalist Azər İsrafilov azad edilib.

Sfera.az apa-ya istinadən xəbər verir ki, Azər İsrafilov cəzasının başa çatmasına 7 ay 20 gün qalmış məhkəmə qərarı ilə şərti azadlığa buraxılıb.

Qeyd edək ki, A.İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A.İsrafilov məhkəmə zalında həbs edilib. 2014-cü ildə A.İsrafilovun himayəsində 2 azyaşlı uşağının olması və ilk məhkumluğu nəzərə alınaraq Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzası 3 ilə endirilib.

Azər İsrafilov müxtəlif vaxtlarda ANS, İTV telekanallarında çalışıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR