Logo

“WhatsApp”ın işləməməsinin səbəbi məlum oldu

“WhatsApp”ın işləməməsinin səbəbi məlum oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Meta” şirkəti “WhatsApp” sosial şəbəkəsində bu gün səhər saatlarında müşahidə olunan iki saatlıq fasilənin səbəbini açıqlaylb.

“Bloomberg” xəbər verir ki, açıqlamada bunun “Meta” şirkəri tərəfindən buraxılan texniki səhvlə bağlı olduğu bildirilib.

“Problemi həll etdik və yaranan narahatlığa görə üzr istəyirik”, - şirkət əlavə edib.

Qeyd edək ki, bu gün saat 10:00-da dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda “Whatsapp” sosial şəbəkəsinin işində problem yaranıb. Nasazlığın yaratdığı fasilə iki saat davam edib.

Xatırladaq ki, sonuncu dəfə sosial şəbəkədə ötən il problеm yaranıb və “WhatsApp” 6 saat işləməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR