“Gələnilki büdcədən seçkilərin keçirilməsinə 30.5 milyon manat ayrılıb” - SƏBƏB

“Gələnilki büdcədən seçkilərin keçirilməsinə 30.5 milyon manat ayrılıb” - SƏBƏB

Gələnilki büdcədən seçkilərin keçirilməsinə 30.5 milyon manat ayrılıb. Qrafiklə Azərbaycanda növbəti parlament və prezident seçkiləri 2025-ci ildə keçirilməlidir. Lakin sual yaranır ki, bu vəsait hansı seçki üçün nəzərdə tutulub?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib ki, əgər seçkilər qrafikinə baxsaq, seçkilərin nəzərdə tutulmadığını görərik:

 

“Amma ümumilikdə belə bir gözlənti formalaşıb. Doğru olan da budur ki, Azərbaycanın indiki durumuna və işğaldan azad olunmuş torpaqların gələcəkdə inteqrasiyasını, işğalın böyük ölçüdə bitməsi faktını, ölkənin ictimai, siyasi və iqtisadi həyatında uzun illər  ərzində baş verən dəyişikliklərin əksini tapması, idarətetmənin təkmilləşdirilməsi nöqteyi-nəzərdən  yeni bir refendumun keçirilməsi labüddür və qaçılmazdır, hətta”.

 

Müsahibimiz qeyd edib ki, 2023-ci ildə sözügedən vəsaitin böyük bir hissəsi Konstitusiya referendumunun keçirilməsinə sərf edilə bilər: “Ola bilər ki, bu məqsədlə büdcədə bu qədər vəsait nəzərdə tutulub”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...