Könül Xasıyeva toplanan yardımla 2 min manata it alıb? - Özü danışdı

Könül Xasıyeva toplanan yardımla 2 min manata it alıb? - Özü danışdı

“Mənim Danimarkada rəfiqəm yaşayır. İti oğluma o hədiyyə edib”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında xalq artisti Könül Xasıyeva 2 min manata it alması ilə bağlı sosial mediada yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

 

“Mən heyvanları sevsəm də, onlara toxuna bilmirəm. İnanın ki, onu mən almamışam. Oğlum Kazımın 10 yaşı olanda rəfiqəm ondan hədiyyə olaraq nə istədiyini soruşdu, oğlum it istədi. Rəfiqəm də Kazımın arzusunu yerinə yetirdi”, - deyə xalq artisti bildirib.

 

Qeyd edək ki, K.Xasıyeva bu günlərdə ağır xəstəliyi ilə bağlı əməliyyat olunması üçün 254 min manata ehtiyacı olduğunu bildirərək sənətçi dostlarından dəstək istəyib. Bunun ardınca isə xalq artistinin evində bahalı it saxlaması barədə xəbərlər yayılıb.


OXŞAR XƏBƏRLƏR

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...

Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəy...