Logo

İşaxtaranların nəzərinə: yüksək maaşlı vakansiyalar var - VİDEO

İşaxtaranların nəzərinə: yüksək maaşlı vakansiyalar var - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Minimum əməkhaqqı məbləğindən tutmuş, 1500-2000 manata qədər iş təklifləri var.

Sfera.az-ın məlumatına görə, iş axtaranlar Dövlət Məşğulluq Agentliyi tərəfindən e-sosial portalında vakansiya bankına yerləşdirilən iş təkliflərindən yararlana bilərlər.

Agentliyin Sosial tərəfdaşlarla iş departamentinin şöbə müdiri Vüqar İmanov deyib ki, işaxtaran və ya işsiz kimi qeydiyyatda olanlar qurumun yerli bölmələrinə və ya DOST mərkəzlərinə müraciət etməklə, yaxud da e-sosial portalına daxil olmaqla iş təkiflərini görə bilərlər.

Həmçinin bölgələrdə yaşayanların portalın süzgəc bölümündə seçimlərdən istifadə edərək öz rayonları və ya ona yaxın ərazilərdəki iş təkliflərini izləmə imkanları var.

Təklif edilən işlər əsas xidmət sahəsi üzrədir. Bundan başqa, Qarabağda bərpa-quruculuq işlərində çalışmaq istəyənlər üçün də xüsusi bölmə yaradılıb.

Qeyd edək ki, namizədlər işəgötürənlərin tələblərinə cavab verdiyi təqdirdə onlar işlə təmin edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR