Bakıda gəlinin bakirə çıxmasına görə fişəng atəşfəşanlığı – Qonşular etiraza qalxdı

Bakıda gəlinin bakirə çıxmasına görə fişəng atəşfəşanlığı – Qonşular etiraza qalxdı

Bakıda qəribə hadisə yaşanıb.

 

Sfera.az bildirir ki, bu gecə saat 00:15-00:20 radələrində “Həzi Aslanov” metrostansiyası yaxınlığındakı məhəllələrin birində atəşfəşanlıq olub. 

 

Bu barədə tanınmış PR və marketinq kommunikasiyaları eksperti Vüqar Baba məlumat yayıb. Onun sözlərinə görə, eyvanların birindən ardıcıl fişənglər atılıb, qonşular isə səs-küydən narahat olaraq qapını döyüb, mübahisə ediblər.

 

Maraqlı məqam ondan ibarətdir ki, ev sahibinin “toy gecəsi”nə görə bu addımı atdığı bəlli olub. V.Baba fikirlərini bu cür davam etdirib: “Sən demə, gəlin bakirə çıxdığı üçün onu qeyd edirlərmiş.  Qonşular "Bu nə biabırçılıqdır?!" "Utanmazlar!", "Əxlaqsızlar!" kimi ifadələr işlədib, bir qədər mübahisə edərək dağılışıblar”.

 

V.Baba həmçinin bəzi bölgələrdəki bu adətlə bağlı "Nərimanfilm"in çəkdiyi, Elmin Badalovun baş rolunu oynadığı "İkinci güllə"  filmini də xatırladıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...