Qazaxda körpə ölümü ilə bağlı cinayət işi başlanıldı

Qazaxda körpə ölümü ilə bağlı cinayət işi başlanıldı

Qazax Rayon Mərkəzi Xəstəxanasında yenidoğulmuş körpənin ölümü ilə bağlı cinayət işi başlanılıb.

 

Bu barədə Sfera.az-a Qazax Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, Qazax rayon sakini Könül Şabanovanın iyunun 19-da “Qazax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin doğum şöbəsində dünyaya gətirdiyi yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılıb.

 

Aparımış araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməyib, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlər icra edilməyib, həmçinin doğuşa həkim-neonatoloq dəvət edilməyib. Qeyd olunan səbəblərdən yenidoğulmuşun real vəziyyəti düzgün qiymətləndirilməyib və ilkin mərhələdə zəruri olan tibbi yardımların gecikdirilməsi nəticəsində yeni doğulmuş uşaq ölüb.

 

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

 

Hazırda istintaq davam edir.


OXŞAR XƏBƏRLƏR

Ermənistanda hərbi hissədə mərmi partladı – 8 hərbçi YARALANDI

Ermənistanda hərbi hissədə mərmi partlayıb.   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.   Ha...

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu bar...

Avropada istiyə görə 2300-dən çox insan həyatını itirdi

Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə L...

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qaz...

Məhərrəmlikdə onların bazarı "ölür"

Azərbaycanda Məhərrəm ayının başlaması ilə bir çox sahələrdə bazarın durğunluğu müşahidə olunur. Xüsusilə Aşura günü və ondan sonrakı günlərdə əyləncə, şənlik v...

Uşaqların inkişafında cəmiyyətin rolu - ARAŞDIRMA

Uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımında...