Türkmənistanda tapılan neftçilərin meyitləri ölkəyə gətiriləcək
Kateqoriya məlum deyil
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilib.
FHN-nin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata bgörə, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.






