Logo

Daha bir neftçinin meyiti tapıldı - SON DƏQİQƏ

Daha bir neftçinin meyiti tapıldı - SON DƏQİQƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daha bir neftçinin meyiti Türkmənistandan tapıldı.

Bir qədər əvvəl Xəzərin Türkmənistan sularında daha bir neftçinin meyiti tapılıb. 

Sfera.az baku.ws-a istinadən bildirirki, Türkmənistandan əldə etdiyi məlumata görə, tapılan cəsədin əlamətləri 40 yaşının olması, başının keçəl və bığının olmasıdır. Neftçinin SOCAR-ın geyimində olduğu bildirilir. 

Onun üzərindən sənədlər çıxıb. Meyit hazırda Türkmənistanın Kiyanlı qəsəbəsinə aparılır.

Qeyd edək ki, bir qədər əvvəl daha bir neftçinin meyiti Türkmənistan sularında tapılmışdı Meyiti tapılan neftçinin Qasımov İman Şura oğlu olduğu məlum olmuşdu. Xatırladaq ki, dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. 

SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub. Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 7-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 23 nəfərin taleyi isə hələlik naməlumdur. 

Onlar itkin düşmüş elan edilib. Axtarışları davam etdirilən şəxslər aşağıdakılar idi: 

1. Qasımov Mübariz Dilqəm o. 21.01.1958 
2. Rzaxanov Edik Rivazin o. 15.01.1983 
3. Babazadə Tural Fətəli o. 01.09.1993 
4. Quliyev Əzizağa Nöhbala o. 16.09.1953 
5. Rəsulov Elşad Balaoğlan o. 24.03.1971 
6. Qasımov Bayram Mirzəağa o. 20.03.1978 
7. Abdullayev Adil Ələkbər o. 19,02,1953 
8. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954 
9. Şirəliyev İzzət Qəmbər o. 10.05.1973 
10. Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978 
11. Niyazov Seyfəddin Abil o. 09.02.1968 
12. İskəndərov İnqilab Osman o. 29.11.1957 
13. Mayborda Oleq Akimoviç 21.11.1971 
14. Əhmədov Canbaxış Əhməd o. 21.02.1962 
15. İbrahimov Xalid Bəşir o. 12.08.1971 
16. Həsənov Zaur Vahid o. 24.12.1975 
17. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967 
18. Hüseynov Bəhlul Sirac o. 25.11.1969 
19. Səmədov Xoşbəxt Xanış o. 26.09.1981 
20. Xəlilov Zaur Arif o. 15.09.1975 
21. Şahmarov Sahib Güloğlan o. 02.08.1973
22. Əliyev Əyyub Xəlil o. 22.07.1973

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR