Logo

Fransada Azərbaycan səfirliyinə hücum edənlərlə bağlı YENİ XƏBƏR

Fransada Azərbaycan səfirliyinə hücum edənlərlə bağlı YENİ XƏBƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransada Azərbaycan səfirliyinə hücum edən şəxslərdən biri saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə cümə axşamı fransız tarixçisi Maksim Qauin özünün “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Paris polisi “Daşnaksütyun”un Fransadakı gənclər şöbəsinin keçmiş sədri, 2015-ci ildə “Charjoum” dissident qrupunun yaradıcılarından biri olan Loris Tufanyanı həbs edib.

“Yəqin ki, həbs Azərbaycan səfirliyindəki mədəniyyət mərkəzinə qarşı aksiya ilə bağlıdır”, - M.Qauin deyib.

Qeyd edək ki, bu ilin sentyabrında erməni radikal qruplaşması Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət mərkəzinə basqın etməyə cəhd göstərib. Ermənilər mədəniyyət mərkəzinin binasına boya atıblar və polisin müdaxiləsi nəticəsində təxribatçılar hadisə yerindən uzaqlaşdırılıblar.(trend.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR