Logo

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Bazarda bu maşınlara maraq artdı

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Bazarda bu maşınlara maraq artdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yanvar  ayından   etibarən   elektromobillərin  ölkəmizə idxalı  zamanı   bir  sıra güzəştlər  tətbiq   edilir.  Təbii  ki,  bunun  da  əsas  səbəbi  ekoloji  təmiz  avtomobillərin istifadəsini  təşviq  etməkdir.   Artıq   atılan   stimulverici addımlar öz bəhrəsini verir.   Bu növ avtomobillərin  idxalı  bu  ilin 6 ayında 3  dəfədən  çox  artıb/

Bu ilin ilk altı ayı ərzində ölkəmizə idxal edilən elektriklə işləyən avtomobillərin sayı 3 dəfədən çox artıb. Yanvar-sentyabr ayları ərzində Azərbaycana hər birininin orta dəyəri 33 min abş dolları olan 301 elektromobil gətirilib.

Nəqliyyat məsələləri üzrə ekspert bildirib ki, ekoloji təmiz avtomobillərə marağın artmasına səbəb yanvar ayından etibarən bu növ nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və daxili bazarda satışı zamanı tətbiq edilən güzəştlərdir.

Digər səbəb isə elektromobillərin alışı güzəştli kredit şərtlərinin olmasıdır.

Bundan başqa, gündən-günə elektromobillər üçün infrastruktur da genişləndirilir. Sadalanan səbəblər elektromobil və ekoloji təmiz avtomobillərə marağı artırmaqda davam edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR