Logo

Şahdağa qar yağdı, Əyriçaydan sel keçdi - FAKTİKİ HAVA/VİDEO

Şahdağa qar yağdı, Əyriçaydan sel keçdi - FAKTİKİ HAVA/VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şahdağa qar yağıb, Əyriçaydan sel keçib.

Bu barədə Sfera.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Bakıda və Abşeron yarımadasında (Bakı, Sumqayıt, Maştağa) şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Şahdağda saat 11:30-dan arabir qar yağmağa başlayıb.

Yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz) məntəqəsindən saat 14:00-da sel keçməyə başlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR