Logo

Azərbaycanda iş adamı havaya atəş açdı, axtarışa verildi - VİDEO

Azərbaycanda iş adamı havaya atəş açdı, axtarışa verildi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gədəbəy rayonunda iş adamı havaya atəş açıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Həmin şəxs odlu silahla havaya atəş açıb və bunun görüntüləri paylaşılıb.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə sözügedən videogörüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy Rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib:

"Keçirilən müəyyən tədbirlər nəticəsində videodakı şəxsin Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədov olması müəyyən edilib. O, hazırda ölkə xaricindədir. Hazırda həmin şəxsin istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxs iş adamıdır. Hazırda onun Dubayda olduğu bildirilir.

  •  

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR