Direktor məktəbin avadanlıqlarını yeni iş yerinə aparıb? - VİDEO

Suraxanı rayonu 285 saylı tam orta məktəbin keçmiş direktoru Səfurə Rəhimovanın bu təhsil ocağına məxsus bir sıra əşyaları özü ilə yeni iş yerinə apardığı iddia edilir.
Məktəbin bir qrup pedaqoji heyətinin səsləndirdiyi iddialara həmin təhsil ocağının təsərrüfat işlər üzrə müdiri Vəli Bağırov münaisbət bildirib. O, “Xəzər Xəbər”ə yayılan məlumatın doğru olduğunu deyib.
Məsələyə münasibət bildirən 285 saylı orta məktəbin keçmiş, 272 saylı təhsil ocağının hazırkı direktoru Səfurə Rəhimova deyib ki, haqqında deyilənlərin heç biri fakta əsaslanmır və müəllim adına yaraşmayan qarayaxmadır.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, Səfurə Rəhimova 285 nömrəli tam orta məktəbdə 5 il müddətində çalışıb. İş yerini dəyişən zaman təhvil-təslim aktını imzalayıb. Məktəbdə istilik sisteminə aid avadanlıqlardakı çatışmazlıq barədə isə hüquq-mühafizə orqanlarına müvafiq məlumat verilib.