Kür-Bakı su xəttində QƏZA: Magistral yolu su basdı - VİDEO

Kür-Bakı su xəttində QƏZA: Magistral yolu su basdı - VİDEO

Bakıda magistral su kəmərindən qəza baş verib.

 

Sfera.az Trend-ə istinadən bildirir ki, hadisə gecə saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Nəticədə Lökbatan qəsəbəsindən keçən avtomobil yolununsu basıb.

 

"Azərsu"Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı Trend-ə təsdiqləyib.

 

Qurum rəsmisi bildirib ki, gecə saatlarında ərazidən keçən 1200 mm diametrlik Kür-Bakı su xəttində qəza baş verib: "Hadisə gecə saatlarında baş verib. Nəticədə su Bakı-Qazax yoluna çıxıb. Məlumat daxil olan kimi su xətti bağlanılıb, əraziyə qəza xidməti göndərilib. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı tədbirləri görülür. Hazırda "Azərsu"rəhbərliyi hadisə yerindədir, əraziyə canlı qüvvə və xüsusi texnikalar, su nasosları cəlb edilib. Hazırda suyun yoldan kənarlaşdırılması və yolda hərəkətin bərpası istiqamətində tədbirlər görülür".

 

 

 


OXŞAR XƏBƏRLƏR

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...