Avropadan avtomobil idxalı arta bilər - Bunun üçün 2-3 rüb...

Avropadan avtomobil idxalı arta bilər - Bunun üçün 2-3 rüb...

Avronun ucuzlaşması avzona ölkələrindən idxalın daha əlverişli qiymətə başa gəlməsinə imkan yaradıb. Bu səbəbdən Avropadan bəzi bahalı malların, o cümlədən avtomobillərin idxalına maraq artıb. Qeyd edək ki, Azərbaycan yük və minik avtomobillərinin önəmli hissəsini əvvəllər də Avropadan idxal edirdi. 2021-ci ilin məlumatına əsasən, idxal edilən 5 552 ədəd yük avtomobilinin 4200 ədəddən çoxu, minik avtomobillərinin isə təxminən dörddən biri avrozona ölkələrindən alınıb. 


Bəs, son aylarda avronun daha da ucuzlaşması avtomobil idxalını bir qədər də stimullaşdıra bilərmi?


Sfera.az saytına danışan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfər avronun ucuzlaşmasının Avropadan avtomobil idxalını əlverişli etdiyini bildirib. Lakin o, bunun üçün aşağı məzənnənin uzun müddət qalmasının vacib olduğunu da bildirdi:

 

“Avronun manata nəzərən məzənnə dəyərinin aşağı düşməsi Avropa regionundan idxal edilən avtomobillərin manatla ifadə edilən dəyərini ucuzlaşdırır. Amma məzənnə enməsinin daha əlverişli nəticələr verməsi, Avropa avtomobillərinin hissedilən qədər ucuzlaşması üçün avronun kursunun ən azı 2-3 rüb aşağı səviyyədə qalması lazımdır. Avronun manata nisbətən qısa müddət ucuz qalması Avropa avtomobillərinin dəyərində ciddi fərq yaratmır”.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...