Siyavuş Novruzov “od püskürdü”: “Bu, necə sistemdir?”

Siyavuş Novruzov “od püskürdü”: “Bu, necə sistemdir?”

Milli Məclisdə müəllimlərin sertifikasiya və işə qəbul imtahanları tənqid edilib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov çıxış edib. O qeyd edib ki, ali təhsil müəssisələrini qırmızı diplomla bitirənlər belə işə qəbul üçün yenidən imtahan verməlidirlər:

 

“Söhbət müəllimlərdən gedir. Universiteti bitirən şəxsdən yenidən imtahan istəyirlər, müəllim attestasiya imtahanı verməlidirlər ki, işləsin.

 

Biz müəllimin ali təhsilini qoyuruq kənara, yenidən imtahan edirik. Elm və Təhsil Nazirliyinin komissiyasından keçən şəxsin müəllim işləyib, işləyə bilməyəcəyi müəyyənləşdirilir.

 

İxtisas artırma olmalıdır ki, müəllim 2 ay oxuyub, ixtisası təkmilləşdirsin. Amma sertifikasiya və digər imtahanlar nəyə lazımdır? Əgər universitetdə yaxşı təhsil verməyiblərsə, müəllimə niyə diplom veriblər?

 

Hər müəllimin necə savadı olduğunu yaşadığı ərazidəki insanlar bilir. Bir rayonda yaşayan müəllimi başqa yerə işləməyə göndərirlər. Bu necə sistemdir?” 

Yenisabah.az


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...