Nazirin paylaşımı tənqid olundu - FOTO

Cəmiyyət
12:50 / 14.10.2022
8183
Gənclər və idman naziri Fərid Qayıbovun paylaşımı müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, hazırda Bişkekdə olan nazir sosial "Facebook" hesabında izləyicilərinə xitabən, "Səfər etdiyim 61-ci ölkə. Bəs siz neçəsində olmusunuz?", - sualını ünvanlayıb.
Əksəriyyətin narazılıqla yanaşdığı paylaşıma çoxsaylı rəylər yazılıb. Hətta onlar arasında "Siz 61 ölkədə olmusunuz, kaş biz də bir dəfə sizin qəbulunuzda ola biləydik" kimi şərhlər diqqət çəkib.