Brent markalı neftin qiyməti 47 dollara çatır

Brent markalı neftin qiyməti 47 dollara çatır

 

"Qara qızıl”-ın qiymətinə təsir edən səbəblər açıqlanıb.

Dünya bazarında neftin qiyməti bahalaşıb.

Sfera.az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,81% artaraq 43,81 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,68% bahalaşaraq 46,54 dollar olub.

APA-nın məlumatına görə, neftin bahalaşmasının bir neçə səbəbi var. İlk növbədə "qara qızıl”ın qiymətinə müsbət təsir edən amil odur ki, Liviya rəhbərliyinin açıqlamalarına baxmayaraq Ras-Lanuf limanından neft tankerlərini yola salmaq mümkün olmayıb. Ölkədə baş verən vətəndaş müharibəsi səbəbindən terminal iki il fəaliyyətsiz qalıb.

Bununla yanaşı, Venesuela prezidenti Nikolas Maduro bildirib ki, neft istehsalçıları "hasilatın dondurulması barədə sentyabrda elan edə bilər”. 

Xatırladaq ki, neft bazarı ötən həftəni pessimistik notlar üzərində başa vurub. Buna səbəb Liviya, İran, Nigeriya kimi ölkələrin dünya bazarına çıxardığı neftin həcmini artırmaq niyyətində olduğunu bəyan etməsidir. Ümumilikdə, ötən həftə Brent markalı neftin qiyməti 5% azalaraq 46 dollardan aşağı enib.


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...