Logo

Xaçmazın 21 kəndində qaz kəsilib - FOTO

Xaçmazın 21 kəndində qaz kəsilib - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Xaçmaz rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranıb.

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Xaçmaz" Qaz Paylayıcı Şəbəkəsindən qidalanan və Qaradağlı kəndinin ərazisində keçən 315 mm-lik orta təzyiqli qaz xəttinin ətrafında məişət tullantılarının yandırılması nəticəsində qaz xətti zədələnib. Bu səbəbdən 4 500 abonentin qaz təchizatı kəsilib. Artıq təmir işlərinə başlanılıb. İşlər sona çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR