Taksilərdə kamera – Türkiyə təcrübəsi ölkəmizdə tətbiq edilə bilərmi?

Taksilərdə kamera – Türkiyə təcrübəsi ölkəmizdə tətbiq edilə bilərmi?

Türkiyədə taksilərlə bağlı yenilik edilib. Belə ki, taksilərin salonunda kamera yerləşdirilməsi qanunla məcburi hal alıb. Bununla da sürücü və sərnişinlər arasında yaşanan neqativ halların qarşının alınması hədəflənir.

 

Ölkəmizdə də taksilərdə sərnişin-sürücü münasibətləri son zamanlar geniş müzakirələrə səbəb olur. Sərnişinlər taksi sürücülərinin davranışlarından, etinadsızlıqlarından və xidmət keyfiyyətindən narazı olduğu kimi, sürücülər də sərnişinlərin kaprizləri və s. hallardan narazıdır.

 

Maraqlıdır, bənzər qanun Azərbaycanda da qəbul edilə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən "Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib ki, Türkiyədə tədbiq ediləcək bu sistem normaldır və heç bir mənfi tərəfi yoxdur.

 

“İlk növbədə sürücülərin mədəni səviyyəsini artırmaq üçün çalışmaq lazımdır. Görürük ki, bir çox hallarda sürücülərin artıq pul qazanmaq istəyi onların mədəni, etik davranışlarını üstələyir. Halbuki sürücülərin bir əxlaq kodeksi olmalıdır. Taksilərdə ümumən problemlər ona gərə baş verir ki, Azərbaycanda rəsmi şəkildə fəaliyyət göstərən taksi şirkətləri yoxdur. Yəni maddi vəziyyəti bir az yaxşı olan şəxs ölkəyə 50-60 maşın gətirib icarəyə verir və beləcə problemli taksi xidməti ortaya çıxır.

 

Hesab edirəm ki, ölkədə rəsmi taksi şirkətləri olmalıdır. Hətta həmin şirkətlər konkret dövlət qurumuna tabe edilməlidir. O ki qaldı, Türkiyədə qəbul edilən qanuna deyə bilərəm ki, Türkiyə kifayət qədər köklü bir ölkədir. Bənzər təkliflər Türkiyədə qəbul olunduqdan sonra bizdə də tədbiq edilir. Hesab edirəm, taksilərdə kameraların olması taksi sürücüləri ilə bağlı üzləşilən neqativ halların da qarşısını ala bilər”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir məşhur restoranın fəaliyyəti dayandırıldı - VİDEO - FOTOLAR

FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.   Bil...

Sabah 30 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında martın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Sfe...

Bu universitetə rektor əvəzi təyin edildi - FOTO

Xəzər Universitetinə rektor əvəzi təyin olunub.   Sfera.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu barədə ali məktəbin Direktorl...

Ay peykinin daxilində nə var? - "Yerə bənzəyir" - FOTOLAR

Ay peykinin daxili quruluşu ilə bağlı illərdir davam edən sirr, son araşdırmalarla nəhayət açılıb. Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzindən (CNRS) astronom ...

Belarus “Oreşnik”i istifadəyə verəcək - "Sabah Putinlə danışacağıq"

Belarus bu ilin sonuna kimi Rusiyanın ən son orta mənzilli “Oreşnik” ballistik raket sisteminin iki buraxılış qurğusunu istifadəyə verməyə hazırdır....

Azərbaycanda uşaq bağçasında uçqun - dağıntılar altında az yaşlı var

Bərdədə uşaq bağçasında uçqun olub.     Sfera.az xəbər verir ki, Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bərdə şəhər...