Logo

Bu sahələrdə çalışanların çoxu qadınlardır - STATİSTİKA

Bu sahələrdə çalışanların çoxu qadınlardır - STATİSTİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda muzdlu işçilərin çoxu kişilər olsa da, bəzi fəaliyyət növləri üzrə işçilərin daha çox hissəsini qadınlar təşkil edir.

Sfera.az xəbər verir ki, işçilərinin çoxu qadınlardan ibarət olan fəaliyyət növlərinin sayı 3-dür. Rəsmi məlumatlara əsasən, təhsil, səhiyyə və sosial xidmətlər, həmçinin istirahət, əyləncə və incəsənət sahəsində işləyənlərin çox hissəsi qadınlardır.

Təhsil sahəsində 333,66 min işçi çalışır. Onların 72,7 faizi qadınlardan ibarətdir.

Əhaliyə səhiyyə və sosial xidmətlər göstərilməsi sahəsində 138 min çalışan var. Bu sahədə işləyənlərin 78,3 faizi qadınlardır.

İstirahət, əyləncə və incəsənət sahəsində isə 54,2 min işçi var. Bu işçilərin 61,2 faizi qadınlardır.

Adıçəkilən sahələrdə ümumilikdə 384 minə yaxın qadın əmək fəaliyyəti ilə məşğuldur.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR