Azərbaycanda şairəni nəvəsi iplə boğub ÖLDÜRDÜ - FOTO

Azərbaycanda şairəni nəvəsi iplə boğub ÖLDÜRDÜ - FOTO

Sumqayıtda şairə nənəsini iplə boğaraq qətlə yetirməkdə təqsirləndirilən Nicat Əliyevin barəsində cinayət işi üzrə istintaq başa çatıb.

 

Sfera.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

 

Qeyd edək ki, iyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

N.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Onu da qeyd edək ki, qətlə yetirilən 84 yaşlı Qənirə Mehdixanlı tanınmış şairə olub. QHT rəhbəri kimi tanınan Q.Mehdixanlı həm də Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri imiş. Əslən Ağstafa rayonundan olan tanınmış şairə Qazax Müəllimlər Seminariyasının məzunu olub və Sumqayıtda 60 ilə yaxın pedaqoji fəaliyyət göstərib.(APA)


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...