Logo

Məhkəmədən "Broker Əbülfəz"lə bağlı YENİ QƏRAR

Məhkəmədən "Broker Əbülfəz"lə bağlı YENİ QƏRAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib.

Qərara əsasən, Əbülfəz Məlikovun həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, şirkət rəhbəri Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

Əbülfəz Məlikov Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR