Logo

Ukraynada öldürülən azərbaycanlıların ADLARI

Ukraynada öldürülən azərbaycanlıların ADLARI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Donetskdə azərbaycanlıların avtomobili atəşə tutulub, dörd nəfər Zərdab sakini həlak olub.

Sfera.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, ölənlərin qohumu İsaməddin Əhmədov bildirib ki, hadisə Donetsk şəhərində baş verib.

O bildirib ki, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurliyev, qardaşı Fəqan Uğurliyev və adı məlum olmayan daha 2 nəfər atəş altına düşüb.

İsaməddin Əhmədov qeyd edib ki, bazarda alverlə məşğul olan həmyerlilərimiz Donetskdən yük avtomobili ilə mal alıb qayıdarkən atəşə tutulublar. Nəticədə həmyerlilərimiz hadisə yerində ölüb. Hadisənin necə baş verdiyi dəqiqləşdirilir.

Meyitlər hazırda Ukraynadadır, Zərdab rayonuna gətirilməsi üçün iş aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR