Logo

Polis xidməti avtomobili aşırdı: Hadisə yerində öldü

Polis xidməti avtomobili aşırdı: Hadisə yerində öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 207-ci kilometrliyində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini Asiman Mustafayev idarə etdiyi "Fiat-Doblo" markalı xidməti avtomobillə Göyçay rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.

Nəticədə avtomobilin sürücüsü Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat-axtarış üzrə müvəkkili A.Mustafayev hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.(report.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR