Logo

“A2Z technologies” – tədqiqat və işləmə + FOTOLAR

“A2Z technologies” – tədqiqat və işləmə + FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son zamanlar texnologiya dünyasında pilotsuz uçan aparatların istehsalı, tətbiq sahələrinin sürətlə genişlənməsi, bu sahədə çalışan mütəxəssislərin sayında artan dinamika və maraq qruplarında yaş həddinin daha aşağı enməsi, hətta bu sahədə idman yarışlarının təşkili daha çox müşahidə olunur.

Azərbaycanda uzun illərdir innovativ həllər üzərində çalışan çoxsaylı heyətə malik “A2Z Technologies” şirkəti fəaliyyətinin ilk illərində müştərilərə təhlükəsizlik sistemlərinin qurulması və CCTV xidmətlərini göstərməklə başlasa da, sonrakı illərdə fəaliyyətini sürətlə genişlənərək İT infrastrukturun yaradılması və idarə edilməsi, milli proqram məhsullarının yazılması və inkişafı, müxtəlif təyinatlı rəqəmsal avadanlıqların satışı, şifrəli İP telefoniya sisteminin qurulmasında yeni yanaşmalar irəli sürmüş, internet xidmət provayderinin sıfırdan qurulması və istismara verilməsi, fibrooptik kabellərlə müasir və təhlükəsiz şəbəkə infrastrukturunun yaradılması, radio-ötürücü qurğuların quraşdırılması, istismarı və bu kimi bir çox xidmətləri göstərməyə başlamışdır.

Son illər dünyanın qabaqcıl ölkələrində, həmçinin Azərbaycanda milli texnoloji həllərin işlənib hazırlanması və istehsalı sahələrində güclü rəqabət müşahidə olunur. Müştərilərinə İKT sahəsində hazır milli və ya inteqrasiya olunmuş həllər təklif edən “A2Z Technologies” şirkəti bir ildən artıqdır ki, tədqiqat və inkişaf (Research and Development) işlərinə başlamışdır. Bununla da şirkət müştərilərinə şirkətdə milli kadrlar tərəfindən işlənib hazırlanan texnoloji həlləri təklif etməklə rəqəmsal bazarda bu kimi həllərin sayının artamsına tövhə verməkdədir. Şirkətdə müxtəlif sahələrdə tətbiq oluna bilən Pilotsuz Uçan Aparatların (PUA) işlənilməsi, istehsalı və ya təkmilləşdirilməsi işləri uğurla davam etdirilir. Sənayedə PUA-lara olan böyük tələbatı nəzərə alaraq, “A2Z Technologies” şirkəti bu sahədə sahib olduğu texnoloji həllərlə dünyanın qabaqcıl şirkətləri ilə rəqabətə girməyi qarşısına məqsəd qoymuşdur.

Bu məqsədlə şirkətdə PUA-ların işlənilməsi ilə məşğul olan, ayrıca “Tədqiqat və inkişaf şöbəsi” (Research and Development Department) fəaliyyətə başlamışdır. Şöbədə elektronika, radioelektronika, proqramlaşdırmanı bütün səviyyələri üzrə, aviasiya, mexanika və mexatronika, geomatika və s. istiqamətlərdə yüksək ixtisaslaşmış mühəndislər və pilotlar çalışırlar. Şirkət müxtəlif ölçülü və təyinatlı həm kopter tipli, həm də sabit qanadlı PUA-ların layihələndirilməsi ilə məşğuldur. Bu PUA-lar təhlükəsizlik, perimetr mühafizə, ekoloji monitorinq, kartoqrafiya və s. məqsədlər üçün nəzərdə tutulmuşdur.

Qısa zamanda fəalilyyətə başlamasına baxmayaraq, artıq xeyli uğurlu nəticələr əldə edən “A2Z Technologies” şirkətinin bir çox məhsulları sınaq mərhələsindədir. Hazırda aşağıdakı model PUA-lar hazırlanmış və təkmilləşdirilmə işləri davam etməkdədir:

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR