Logo

Doğuş zamanı faciə: Uşaq öldü

Doğuş zamanı faciə: Uşaq öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Lənkəranda doğuş zamanı körpə ölümü faktı qeydə alınıb.

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gün baş verib. Rayonun  Şağlaser kənd sakini, 22 yaşlı Aynur Şakir qızı Bəşirova dekabrın 31-də doğuş sancıları ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının perinatal şöbəsinə  qəbul olunub.

Təbii üsulla aparılan  doğuş zamanı 2,5 kiloqram çəkidə oğlan uşağı dünyaya gəlib. Həkimlər tərəfindən körpəyə lazımi tibbi yardım göstərilsə də, körpə dünən günün ikinci yarısında vəfat edib. Uşağın ölümünə səbəb kimi ağciyərində yaranmış problem göstərilir. Məlumata görə, ananın səhhətində isə hər hansı bir problem yaranmayıb. Qeyd edək ki, bu, A.Bəşirovanın ikinci hamiləliyidir. Bir il öncə onun dünyaya gətirdiyi qız uşağı da doğuşdan dərhal sonra ölüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR