Vyetnama məxsus təyyarə Bakıya təcili eniş etdi
Kateqoriya məlum deyil
"Vietnam Airlines" aviaşirkətinin Frankfurt-Vietnam reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Sfera.az Aeroportun mətbuat xidmətinə istinadla xəbər verir ki, buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.
"Boeing B787" təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.






