Logo

Zərdüşt Əlizadə qardaşının ölümü barədə: "İndi eşitmişəm, Arazla əlaqəm yox idi"

Zərdüşt Əlizadə qardaşının ölümü barədə: "İndi eşitmişəm, Arazla əlaqəm yox idi"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib. Bu barədə onun yaxınları məlumat paylaşıb. Qeyd olunub ki, A.Əlizadə ötən gün onkoloji xəstəlikdən dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, demokrat.az məsələ ilə bağlı Araz Əlizadənin qardaşı Zərdüşt Əlizadə ilə əlaqə saxlayıb. Zərdüşt Əlizadə bildirib ki, bununla bağlı xəbəri indi eşidib:

“Mən də indi eşitdim. Uzunmüddət idi ki, onunla əlaqəm yox idi. Allah ölənlərinizə rəhmət etsin”.

Zərdüşt Əlizadə qardaşının dəfnində iştirak edib-etməyəcəyi ilə ilə bağlı açıqlama vermək istəmədi.

Qeyd edək ki, hər iki siyasətçi illər idi ki, küsülü idilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR