Logo

Göyçayda maskalı şəxs satıcı qadına DƏHŞƏT YAŞATDI - FOTOLAR

Göyçayda maskalı şəxs satıcı qadına DƏHŞƏT YAŞATDI - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göyçay şəhərində mağazaların birində quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, maskalı şəxs obyektə girərək, orada satıcı işləyən qadını əlindəki bıçaqla hədələyib, kassada olan 500 manat pulu ələ keçirib.

Daxil olmuş müraciət əsasında rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri prosessual hərəkətlər icra edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Cahangir Məmmədov tutularaq istintaqa təhvil verilib.O, ifadəsində əməlini etiraf edib və quldurluq yolu ilə ələ keçirdiyi pulu xərclədiyini bildirib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri istintaq hərəkətləri davam etdirilir.

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR