“Oxbridge Academy”nin tələbələri Qobustan qoruğunda ağac əkib - FOTOLAR
Kateqoriya məlum deyil
“Oxbridge Academy”nin bir qrup tələbəsi Qobustan Milli Tarix-Bədii Qoruğunda “Mənim də artıq bir ağacım var” devizi altında təşkil olunan ağacəkmə aksiyasında iştirak edib.
Sfera.az xəbər verir ki, qoruqdan verilən məlumata əsasən aksiya çərçivəsində ərazidə iməcilik keçirilib.
Sonda Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev məktəblilərə aksiyada fəal iştiraklarına görə təşəkkürünü bildirib.
Məktəblilərə qoruq adından təşəkkürnamələr təqdim olunub.




















