Məktəbdə döyülən şagirdin valideynləri danışdılar
Kateqoriya məlum deyil
Bakının Sabunçu rayonunda yerləşən 112 nömrəli tam orta məktəbdə şagird öz sinif yoldaşı tərəfindən döyülüb.
Sfera.az xəbər verir ki, döyülən şagirdin valideynləri Baku TV-yə danışıblar.
Açıqlama zamanı şagirdin atası Namiq Zeynalov məsələ ilə bağlı nazirliyə şikayət etdiyini bildirib:
“Nazirliyin gördüyü tədbirdən razı deyiləm. Nazirlik düzgün tədbir görməsə, mən fikirləşməli olacam. Şifahi töhmət yazılıb. Uşaq da qalıb məktəbdə oxuyur”.
Şagirdin anası Səidə Zeynalova:
“İctimailəşib, gedib bütün məktəblərin təlim-tərbiyyəsini təmin etsinlər. Mən heç nə demirəm”.
Şagirdin nənə və babası isə məsələdən görüntülər sosial şəbəkələrdə yayılandan sonra xəbər tutduqlarını bildiriblər.






