Azərbaycan-Türkiyə birgə Universitetinin açılacağı tarix BƏLLİ OLDU
Kateqoriya məlum deyil
Azərbaycan-Türkiyə birgə Universitetinin nə vaxt açılacağı bəlli olub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı APA-ya açıqlamasında bildirib.
O bildirib ki, bu istiqamətdə hökumətlərarası müzakirələr davam etdirilir.
"2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə universitetin açılması nəzərdə tutulur", - səfir qeyd edib.






