Neftin qiyməti yenidən ucuzlaşır

Neftin qiyməti yenidən ucuzlaşır

 

Təklifin artması ehtimalı "qara qızıl” ın qiymətini aşağı salır.

Dünya bazarlarında neftin qiyməti ucuzlaşır.

Sfera.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,69% azalaraq bir barelə görə 46,27 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 0,68% ucuzlaşaraq 43,61 dollara satılıb.

APA-nın məlumatına görə isə, neftin ucuzlaşmasına səbəb ABŞ, Liviya və Nigeriyadan nəql olunan neftin həcminin artması ehtimalıdır. Bu həftə Liviya və Nigeriya dünya bazarına nəql etdiyi neftin həcmini artıracağını bildirib. Qeyd edilən Afrika ölkələrində aparılan hərbi əməliyyatlar nəql olunan neftin həcminə mənfi təsir edib.

Yeri gəlmişkən, bu gün "Baker Hughes” şirkəti tərəfindən ABŞ-da quraşdırılan neft buruqlarının sayı ilə bağlı statistika dərc olunacaq. Qeyd edək ki, bu göstərici ötən 2 ay ərzində artım nümayiş etdirir.

Bununla yanaşı, bazar iştirakçıları ABŞ, Kanada və Qazaxıstanda hasilatın səviyyəsi ilə bağlı məlumatları diqqətlə izləyir.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...