İsmayıllıda prokurorluq işçiləri Ulu Öndərin abidəsini və Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR
Kateqoriya məlum deyil
1 Oktyabr - Prokurorluq İşçilərinin Peşə Bayramı Günü və Milli Prokurorluğun yaradılmasının 104-cü ildönümüdür.
Sfera.az xəbər verir ki, bu münasibətlə İsmayıllı rayonunda hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib, Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1 oktyabr 1918-ci ildə yaradılmış prokurorluq orqanları bir əsrlik şərəfli inkişaf yolu keçmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq 17 iyul 1998-ci ildə imzaladığı Sərəncamla oktyabr ayının 1-ni prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis etmişdir.


























