Logo

“Metroda gediş haqqı 3-4 dəfə artmalıdır, amma..”  - Deputat

“Metroda gediş haqqı 3-4 dəfə artmalıdır, amma..” - Deputat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Tıxaclar çox zamanımızı alır. İldən ilə avtomobillər çoxalır, yollar isə yox”.

Sfera.az bildirir ki, bunu deputat Razi Nurullayev deyib. O qeyd edib ki, dünya buna çarəni ictimai nəqliyyatın keyfiyyətini artırmaqla və metro tikintisi ilə nail ola bilir:

“Vətəndaşın avtomobilindən düşüb ictimai nəqliyyata minməsi üçün rahat və əlçatan ictimai nəqliyyat olmalıdır. Biz də metro tikintisini çox sürətləndirməliyik. Layihə də təsdiq olunub. Sadəcə ciddi maliyyə mənbəyi lazımdır. Metro əslində ölkəmizdə sosial layihədir. Metropolitenin özünü maliyyələşdirilməsi üçün qiymətlərin 3-4 dəfə artması baş verə bilər. Bu isə mümkün deyil və etmək də olmaz”.

Deputat vurğulayıb ki, metro az gəlirli insanların istifadə etdiyi ucuz nəqliyyat növüdür: “Qalır bir yol- Metroya sosial layihə kimi yanaşıb metro tikintisini dövlət büdcəsindən tam olaraq maliyyələşdirmək”,

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR