Logo

Azərbaycan-Gürcüstan arasında yeni yol salındı

Azərbaycan-Gürcüstan arasında yeni yol salındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə "Azəravtoyol” ASC tərəfindən yeni yol hissələri salınıb.

"Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, sözügedən ərazidə Bakı şəhəri istiqamətinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələrinin geri dönməsi üçün 14 metr uzunluğunda və 9 metr enində, əks istiqamətdən gələn avtonəqliyyat vasitələri üçün isə  87 metr uzunluğunda və 6 metr enində yol hissələri inşa edilib.

Yeni yol hissələrinə avtonəqliyyat vasitələrinin rahat giriş-çıxışı üçün hər bir istiqamət üzrə yeni hərəkət zolağı salınıb. Yeni hərəkət hissələrinin eni 5 metr, uzunluqları isə bir istiqamət üzrə 440 metrdir (440m x 2).

Ümumilikdə 5 min m2-dən çox sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı yeni hərəkət zolaqlarının kənarlarında 1.5 metr enində çiyinlər də yaradılıb. Bundan başqa suların kənarlaşdırılması üçün 20 metr uzunluğunda 2 ədəd suötürücü borular inşa edilib.

Tikinti işləri zamanı avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol ayrıcına yeni əyri-xətli dəmir tirlər quraşdırılıb, hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Fotoları təqdim edirik:

Azərbaycan-Gürcüstan arasında yeni yol salındı

Azərbaycan-Gürcüstan arasında yeni yol salındı

Azərbaycan-Gürcüstan arasında yeni yol salındı

Azərbaycan-Gürcüstan arasında yeni yol salındı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR