"Bu sərnişinlər stansiyalara buraxılmır" - DİN rəsmisindən AÇIQLAMA
Kateqoriya məlum deyil
"Metropolitenə keçirilməsi qadağan olunan əşyalar aşkar olunduqda həmin əşyalarla sərnişinlər stansiyalara buraxılmır".
Sfera.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunan qayda və tələblərə uyğun xidmət təşkil olunub: "Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra qabaqcıl üsul və texnologiyalar tətbiq edilir".






