Logo

Azərbaycan benzin idxalını dayandırdı

Azərbaycan benzin idxalını dayandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsalın bərpa edilməsindən sonra "Aİ-92” markalı benzinin idxalını dayandırıb.

Sfera.az-ın trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, NEZ-də təmir müddəti ərzində ölkəyə təqribən 30 min ton benzin idxal edilmişdi.

R.Abdullayev qeyd edib ki, hökumətin "Aİ-92” benzinin idxalına tətbiq etdiyi gömrük rüsumlarına baxmayaraq, SOCAR bir neçə milyon dollaradək zərər görüb, çünki idxal olunan benzinin qiyməti onun daxili bazardakı dəyərindən iki dəfə çoxdur.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR