Logo

"Zerkalnıy Əlyarın" xanım davamçısı peyda oldu - VİDEO

"Zerkalnıy Əlyarın" xanım davamçısı peyda oldu - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda yol hərəkəti qaydasını pozan sürücü yenidən qayda pozdu.

Sfera.az Avtosfer.az-a istinadla xəbər verir ki, sentyabrın 26-da, paytaxtın Yeryomenko küçəsində 10-FN-555 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq geriyə dönüb.

Bununla bağlı məlumat Avtosfer.az saytında paylaşıldıqdan sonra təhdid dolu səslər redaksiyanın ünvanına göndərilib. Sürücü öz hərəkətinə haqq qazandıraraq qayda pozmaqla düz etdiyini və bununla dövlət büdcəsinə xeyir verdiyini idda edib.

Bu gün səhər isə yenidən eyni yerdə, eyni qayda pozuntusu ilə gündəmə gəlib. Görünən odur ki, sürücü burada qayda pozmağa adət edib.

Qeyd edək ki, xanım sürücünün qayda pozmasına dair digər videogörüntülər də var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR