Daxili İşlər Nazirliyi bu uşaqları AXTARIR - VİDEO

14:58 / 28.09.2022
6843
Müğənni Elmira Ələkbərzadə Bakıda küçədə yatan iki yeniyetmənin görüntülərini yayıb.
Sfera.az xəbər verir ki, sənətçi görüntüləri Nəsimi rayonu, Səməd Vurğun küçəsində lentə aldığını bildirib və küçədə gecələyən yeniyetmələrə köməklik göstərilməsini xahiş edib. O, sosial şəbəkə vasitəsilə uşaq sığınacaqlarına müraciət edib.
Məsələ ilə bağlı Qafqazinfo Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hazırda həmin uşaqlar axtarılır: “Araşdırma aparılır. Uşaqlar tapılaraq aidiyyəti üzrə təhvil veriləcək”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyi də mövzu ilə bağlı araşdırma aparıldığını bildirib.