Gələn ildən pensiyalar bu qədər ARTACAQ - Millət vəkilindən İZAH

Gələn ildən pensiyalar bu qədər ARTACAQ - Millət vəkilindən İZAH

Bu gün Milli Məclisin Əmək və Sosial Siyasət komitəsində “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən düzəlişlər müzakirə edilib. Yeni təkliflər iki mühüm istiqaməti əhatə edir - maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin 1 yanvarından indeksasiya olunması. 


Sfera.az xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov adıçəkilən qanuna edilən dəyişikliyi şərh edib. 


Millət vəkili qeyd edib ki, vahid indeksasiya sistemi əmək pensiyası alan bütün vətəndaşların pensiyalarının hər il yanvarda artırılmasını nəzərdə tutur:

 

“Mövcud qanunvericilik əvvəlki illərdə bütün əmək pensiyalarının indeksasiyasını nəzərdə tutmadığı üçün belə dəyişikliklərə ehtiyac var idi. Digər tərəfdən, bəzi şəxslər var ki, onların pensiyaları indeksasiyaya cəlb olunmurdu. Həmin şəxslərin pensiyası işlədikləri sahədəki əməkhaqqı artımına uyğun artırılırdı. Bəzən bu sahələrdə əməkhaqları 3-5 ildən bir artırılırdı ki, bu da həmin sahədən pensiyaya çıxanların pensiyalarında artımı ləngidirdi. Yeni dəyişikliklər qəbul olunandan sonra həmin vətəndaşların pensiyaları da hər il indeksləşdiriləcək.

 

Məsələn, 2001-2011-ci illərdə on illik indeksasiya faizi 98 faiz olub. Bu müddətdə dövlət qulluqçusunun pensiyasında 69 faiz, hakimlərdə 25 faiz, hərbi qulluqçularda 59 faiz, xüsusi rütbəlilərdə 81 faiz, ədliyyə işçilərində 69 faiz artım qeydə alınıb. Göründüyü kimi, əgər həmin vətəndaşlarımız da bu müddətdə vahid indeksasiya sistemindən istifadə etsəydilər, pensiya məbləğlərində daha çox artım qeydə alınardı. Yeni dəyişikliklər məhz həmin vətəndaşlarımıza bu imkandan faydalanmağa şərait yaradacaq. Bu baxımdan, yeni dəyişikliklərlə qulluq stajına görə, əlavə almaq hüququ olan şəxslərin pensiyası əvvəlki metoda nisbətən indi daha çox artacaq, bu, onların sosial rifahına müsbət təsir göstərəcək”.


V.Bayramov bildirib ki, indeksasiya hər il yanvarda aparılır. Yeni dəyişikliklər qəbul olunandan sonra 2023-cü ilin ilk ayında bütün növ əmək pensiya məbləğlərində artımlar olacaq:

 

“Bu il minimum əməkhaqqı məbləğində artım olduğu üçün orta aylıq əməkhaqqında əvvəlki illərə nisbətən daha yüksək artım qeydə alınacaq. Bu ilin ilk 7 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artıb. Bu, o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq. Daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq. Məsələn, əgər 2022-ci ildə orta aylıq əməkhaqqı 15 faiz artarsa, o zaman 500 manat pensiya alan vətəndaşımızın pensiyasında 75 manat artım olacaq. 


Digər tərəfdən, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardım da (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10 %-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur. Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək.


Vasif,
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...