Logo

"Vikipediya Şuşanı Sevir” layihəsi çərçivəsində viki-düşərgə təşkil edilib - FOTO

"Vikipediya Şuşanı Sevir” layihəsi çərçivəsində viki-düşərgə təşkil edilib - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin “Vikipediya Şuşanı Sevir” layihəsi çərçivəsində 24-25 sentyabr tarixlərində Sumqayıt şəhərində vikipediyaçıların və mədəniyyət işçilərinin iştirakı ilə düşərgə təşkil edilmişdir.

“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə təcrübəli Vikipediya istifadəçiləri ilə yanaşı Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin, o cümlədən Şuşa şəhərinin mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak etmişlər.

35 nəfərin iştirak etdiyi və 2 gün davam edən düşərgədə yerli vikimediaçıların canlı təqdimatları ilə yanaşı, xarici, o cümlədən türkdilli vikimediaçıların Vikipediya ilə bağlı onlayn təqdimatları dinlənilmiş, Şuşa ilə bağlı 30-a yaxın məqalə yerləşdirilmiş və ya genişləndirilmiş, mədəniyyət işçiləri üçün Vikipediya təlimi keçirilmiş, təlimdə iştirakçılara Vikipediya onlayn ensiklopediyası və Azərbaycandilli Vikipediya barədə ümumi məlumatlar, habelə informasiyanın geniş kütlələrə çatdırılmasında Vikipediyanın rolu barədə məlumat verilmişdir.

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR